Almaniyadan Rusiyaya qarşı yeni sanksiya ÇAĞIRIŞI

28.12.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Finlandiya və Estoniya arasındakı “EstLink 2” kabelinin zədələnməsi fonunda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Funke” media qrupunun nəşrlərinə müsahibəsində bildirib.
 

"Aİ yeni sanksiyalar tətbiq etməlidir", - nazir qeyd edib.


Berbok həmçinin kritik əhəmiyyətli infrastrukturun mühafizəsinin gücləndirilməsinə və milli müdafiəyə investisiyaların artırılmasına çağırıb.
"Biz NATO üzrə tərəfdaşlarımızla birlikdə Baltik dənizini hibrid təhdidlərdən daha yaxşı necə qoruya biləcəyimizi müzakirə edirik", - o əlavə edib.
Finlandiya və Estoniya arasındakı “EstLink 2” elektrik xətti dekabrın 25-də sıradan çıxıb. Finlandiya polisi Kuk adalarının bayrağı altında üzən “Eagle S” gəmisinin lövbərinin kabeli zədələməsindən şübhələnir. Finlandiya gömrüyü isə “Eagle S” gəmisinin Rusiyanın enerji məhsullarını daşıdığını iddia edir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью