Almaniyadan Suriya ilə bağlı mühüm açıqlama

12.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın müdafiə naziri Boris Pistorius Suriyada hakimiyyətə gəlmiş "Həyat Təhrir əş-Şam" qruplaşması ilə danışıqlara başlamaq niyyətində olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu Ərbilə səfəri zamanı deyib.

"Biz "Həyat Təhrir əş-Şam" siyasi qanadı ilə mümkün qədər tez danışacağıq. Suriyaya gəlincə, burada bir çox şey ölkə rəhbərlərinin atacağı addımlardan asılı olacaq", - Pistorius bildirib.

Onun fikrincə, sözlər əməllərlə müşayiət olunmalıdır. Pistorius həmçinin əlavə edib ki, Əsədin gedişindən sonra Suriyada vəziyyət dərhal dəyişə bilməz, bunun üçün vaxt və dəstək lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью