Almaniyadan Ukraynaya çağırış

09.09.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukrayna rəhbərliyini ölkəsini müdafiə etmək iqtidarında olan vətəndaşlarını hərbi xidmətə çağırmağa səsləyib.

“Yeni Sabah” xəbər verur ki, nazir Almaniyanın sığınacaq tapan ukraynalı kişilərlə bağlı qeydiyyat məlumatlarını Kiyevə təqdim etməyə hazır olduğunu bildirib.

Vadeful qeyd edib ki, Almaniya tərəfi hazırda ölkə ərazisində kimin yaşadığı, kimin sosial yardım aldığı, kimin rəsmi qeydiyyatda olduğu və oturum statusu daşıdığı barədə dəqiq məlumatlara malikdir. Toyuqlu pizza

Almaniyalı diplomatın sözlərinə görə, bu məlumatlar vasitəsilə həmin şəxslərlə əlaqə saxlamaq mümkündür. O, Ukrayna hökumətinin Almaniyada məskunlaşan hərbi mükəlləfiyyətli vətəndaşlarına birbaşa xidmətə çağırış məktubları göndərə biləcəyini vurğulayıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью