Almaniyadan vətəni İspaniyaya qayıdacaq

21.06.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aleks Qrimaldo yenidən vətənində çıxış etməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, “Atletiko” heyətini onunla gücləndirməyə hazırlaşır.
“Marca” nəşrinin yaydığı xəbərə görə, “Bayer-04”ün müdafiəçisi karyerasını Madrid klubunda davam etdirməyə yaxındı. 30 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtləri artıq razılaşdırılıb. Hazırda klublar arasında transferin maliyyə detalları müzakirə olunur. Leverkuzen klubu ispaniyalı müdafiəçinin keçidi üçün 12 milyon avro tələb edir. Tərəflərin qısa müddətdə yekun razılığa gələcəyi gözlənilir.
Aleks “Bayer-04”də 2023-cü ildən çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 48 oyunda 4 qol vurub, 13 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью