Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı

25.11.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Almaniyadan Avropa Parlamentinə seçilmiş deputat Mixael fon der Şulenburq Avropanı Rusiya ilə danışıqlara çağırıb. O bildirib ki, dialoqdan imtina ciddi nəticələrə səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, deputat bu fikirləri "YouTube" kanalına müsahibəsində səsləndirib.

"Müharibə başlasa, Rusiya raketlərinin Almaniyaya çatması cəmi yeddi, bəlkə də beş dəqiqə çəkər. Bu halda cavab tədbirləri üçün vaxt qalmayacaq", – deyə fon der Şulenburq bildirib.

Deputatın sözlərinə görə, tərəflər münaqişənin qarşısını almaq üçün indidən addım atmalıdırlar. O, mövqeyini Avropa Parlamentindəki həmkarlarına çatdırmağa çalışdığını, lakin bir çox deputatın münaqişənin həlli yollarını müzakirə etməyə hazır olmadığını deyib.

Fon der Şulenburq əlavə edib ki, Avropa Əbu-Dabidə Ukrayna üzrə danışıqlarda iştirak etmək istəsə də, nümayəndəsini müəyyənləşdirə bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью