Almaniyalı futbolçu Azərbaycan klubunda 40cı qolunu vurub

25.11.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyalı futbolçu Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun yubileyi Misli Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə (1:1) təsadüf edib.

O, komandasının bərabərlik qolunun müəllifi olub.

Mikels Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью