Almaniyalı hakim Berti Foqtsun vaxtında Azərbaycandan təklif alıb

23.01.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Berti Foqts Azərbaycan millisində işlədiyi dövrdə məni hakimlərin inkişafı prosesinə cəlb etməyə çalışmışdı”.

Bu barədə almaniyalı keçmiş futbol hakim Bernd Heynemann deyib.

O, həmyerlisinin istefasından sonra bu məsələnin gündəmdən düşdüyünü bildirib.

“Mən 2019-cu ildə AFFA-ya müraciət etmək imkanı əldə etdim. Lakin bu da nəticəsiz qaldı”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

72 yaşlı B.Heynemann Azərbaycan millisinin sabiq üzvü Dmitri Nazarovu tanıdığını söyləyib: “O, ikinci Bundesliqada çıxış edirdi. Oyunlarını izləmişəm”.

Qeyd edək ki, Bernd Heynemann Almaniyada bir neçə final oyunlarını idarə edib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью