Almaniyalı hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

28.11.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın "Bayer 04" klubunun futbolçusu Florian Virts azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, səsvermədə Mateo Reteqi ("Atalanta", İtaliya), Malik Tillman (PSV, Niderland) və Julian Alvaresi ("Atletiko" İspaniya) qabaqlayıb.

Qeyd edək ki, Florian Virts “Zaltsburq”a (Avstriya) qarşı keçirilən matçda (5:0) dubl müəllifi olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью