Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək

22.10.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMW konserni əməkdaşların könüllü işdəngetmə proqramını dayandırıb.

Avtosfer.az xəbər verir ki, rəhbərlik yayda işdən könüllü olaraq çıxacaq şəxslərə kompensasiya veriləcəyini açıqlamışdı. Bunun üçün əməkdaşlara sorğu vərəqələri də paylanmışdı. 

Artıq layihə vaxtından əvvəl dayandırılıb. Səbəb müraciətlərin çox olmasıdır. Sosial proqram 5000 nəfər üçün nəzərdə tutulsa da, iddiaçı sayı çox olub.

Almaniya mediasının məlumatına görə, şirkət sözügedən proqrama 1 milyard avro ayırıb. İşdən könüllü gedən şəxsə ödənilən kompensasiyanın məbləği altırəqəml olacaq.  Qeyd edək ki, konserndə 154 min nəfər çalışır. Yaxın illərdə işçi sayı 8 min nəfər azaldılmalıdır.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью