Almaniyalı məşhur mütəxəssis Atletikonun baş məşqçisi ola bilər Azərbaycanda özəl xəbərlər…
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyalı mütəxəssis Yurgen Klopp İspaniyanın "Atletiko" komandasının baş məşqçisi ola bilər. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Madrid təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Dieqo Simeonenin mümkün gedişi təqdirində Kloppu prioritet namizəd kimi seçib.
Komanda 13 turdan sonra La Liqada 26 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Yurgen Klopp yayda İngiltərənin "Liverpul" klubundan ayrılıb.
O, Mersisayd təmsilçisi ilə UEFA Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının qalibi olub.
2011-ci ildən "Atletiko"da işləyən Simeone isə iki dəfə Avropa Liqasını, eyni sayda İspaniya La Liqasını qazanıb.
///report Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu