Almaniyalı məşqçi “Beşiktaş”ın təklifini RƏDD ETDİ

28.12.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Benfika"nın sabiq baş məşqçisi Rojer Şmidtin "Beşiktaş"a təyinatı gözlənilsə də, bu baş tutmayıb.
Bizim.Media “Akşam" qəzetinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ona edilmiş təklifdən imtina edib.
57 yaşlı mütəxəssis "Zaltsburq", "Bayer", PSV komandalarında da işləmişdi. "Beşiktaş"ın baş məşqçi postu hazırda müvəqqəti olaraq Serdar Topraktepeyə tapşırılıb.
"Qara qartallar" Türkiyə Superliqasında 16 turdan sonra 26 xalla 6-cı pillədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью