Almaniyalı müdafiəçi “Real”dan ayrılır? İTALİYADAN TƏKLİF VAR

22.03.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real Madrid”in üzvü Antonio Rüdiger karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, almaniyalı müdafiəçi ilə “Yuventus” yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, Turin təmsilçisi “kral klubu” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 33 yaşlı oyunçuya 2 illik sözləşmə təklif etməyi planlaşdırır.

“Real”ın baş məşqçisi Alvaro Arbeloa isə Rüdigerin komandada qalmasını rəhbərlikdən tələb edib.

Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm komandasının heyətində 17 qarşılaşmada meydana çıxıb və 1 qolla yadda qalıb.

“Bavariya”nın futbolçusu PSJ yolunda “Qalatasaray”dan yeni rekord - TÜRKİYƏDƏ İLK KLUB OLDU Osimhenin zədədən qayıdacağı vaxt müəyyənləşdi - ÖZÜ AÇIQLADI “Qarabağ”ın iki legioneri milli komandalarına dəvət alıb “Fənər”in futbolçusu ölkəsinə qayıda bilər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью