Almaniyalı nazir: Rusiyaya güzəşt etmək olmaz

24.02.2026

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya Ukraynada davamlı sülh üçün Rusiya ilə danışıqlara açıq olsa da, Moskvaya güzəştə getməyi yolveriməz sayır.

Reyting.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful bildirib.

Rusiya ilə danışıqların mümkünlüyünə gəldikdə, Vadeful qeyd edib ki, bunun üçün əvvəlcə Ukrayna öz fikrini bildirməlidir.

"Biz də danışıqlara hazırıq... Amma biz Moskvaya gəlib daha çox güzəşt etməyəcəyik", - deyə nazir əlavə edib.

Alman nazirin sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatlar dayandırılarsa və Kreml danışıqlara hazır olduğunu nümayiş etdirərsə, Rusiya ilə danışıqlar mümkün olacaq.

ELÇİN


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью