Almaniyalı veteran hakim Qarabağ Ayntraxt Frankfurt oyunu ilə bağı PROQNOZ VERİB | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Düşünürəm ki, "Qarabağ" - "Ayntraxt Frankfurt" oyununda böyükhesablı qələbə olmayacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında almaniyalı keçmiş hakim Bernd Heynemann deyib.
O, 2013-cü ildə bu komandaların UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşdığını xatırladıb: "Hər iki görüşdə "Ayntraxt Frankfurt" qalib gəlmişdi.
Frankfurt təmsilçisində baş məşqçi dəyişikliyi olub. Komanda son oyunlarda da istədiyi nəticə əldə edə bilmir.
Buna baxmayaraq, Bundesliqa klubunun keyfiyyətli kollektiv olması qalib gəlmək üçün kifayət edir.
Əfsanəvi mərhum futbolçu Frans Bekkenbauerin dediyi kimi, "gözləyək, görək!" Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu