Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qrenlandiyanı ABŞ-dan başqa heç bir ölkə və ya ölkələr qoruya bilməz. İkinci Dünya müharibəsində Danimarka Almaniyaya 6 saatlıq müharibədən sonra uduzdu. ABŞ öz qüvvələrini göndərdi və Qrenlandiyanı qorudu.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.
O, bu məlumatları Danimarkanın da bildiyini vurğulayıb:
“Daha onra isə biz Qrenlandiyanı Danimarkaya qaytardıq. Bu axmaqlıq idi, lakin biz bunu etdik. Danimarkalılar indi də nankorluq edirlər”.