Almaniyanı rekord sayda insan tərk etdi Bu ölkələr liderdir

07.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

2025-ci ildə 1,24 milyondan çox insan Almaniyanı tərk edib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin məlumatında bildirilib.

Qurumun məlumatına görə, Almaniyadan kütləvi miqrasiya həm ölkənin yerli əhalisini, həm də digər Avropa Birliyi ölkələrinin vətəndaşlarını əhatə edib.

2025-ci ildə Almaniyanı rekord sayda – 288,5 min alman vətəndaşı tərk edib. Ümumilikdə ölkədən 494 min AB vətəndaşı və digər ölkələrin təxminən 461 min vətəndaşı köçüb.

Almaniyanı tərk edənlər arasında Rumıniya və Ukrayna vətəndaşları üstünlük təşkil edib. Belə ki, təxminən 173 min rumıniyalı və 97 min ukraynalı ölkəni tərk edib.

Eyni zamanda, Almaniyaya köçənlər arasında da bu iki ölkənin vətəndaşları ilk sıralarda yer alıb. 2025-ci ilin yekunlarına görə, təxminən 187 min ukraynalı və 170 minə yaxın rumıniyalı Almaniyaya gedib. Bu, ölkəyə daxil olan ümumilikdə təxminən 1,4 milyon nəfərin dörddə birini təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью