Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
2025-ci ildə ümumilikdə 16.576 qaçqın Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) köməyi ilə öz ölkələrinə və ya başqa bir ölkəyə qayıtmaq fürsətindən yararlanıb.
Reyting.az alman mətbuatına istinadla xəbər verir ki, Almaniya hökuməti uçuş xərclərini ödəyir və müvəqqəti sığınacaq alan şəxs öz ölkəsinə və ya üçüncü ölkəyə qayıtdıqda hər böyük üçün 1000 avro və hər uşağa 500 avro “başlanğıc paketi” təmin edir.
Bundan əlavə, BAMF-nın məlumatlarına görə, 2024-cü ildə 10.400 sığınacaq axtaran şəxs, 2023-cü ildə isə 10.800 nəfər Almaniyadan könüllü şəkildə ayrılmaq üçün maliyyə dəstəyi alıb. Qaçqınlar əsasən Suriya və Türkiyəyə qayıdıblar.
Keçən ilin 1 yanvar tarixinə olan məlumata görə, BAMF Suriyaya könüllü qayıtmaq üçün maliyyələşdirməni bərpa edib. Xatırladaq ki, Almaniya əvvəllər ölkədəki vətəndaş müharibəsi səbəbindən proqramı dayandırmışdı.
Məlumatlar göstərir ki, ötən ilin dekabr ayının sonuna qədər Suriyaya getmək üçün ümumilikdə 5.976 nəfər müraciət edib və 3.678 suriyalı artıq ölkəni tərk edib.
V. QULİYEV