Almaniyanın 2ci bundesliqasının oyunları BU KANALDA yayımlanacaq

04.12.2024

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bu həftədən başlayaraq “İdman” TV daha bir turniri tamaşaçılara çatdıracaq. 
Bizim.Media xəbər verir ki, söhbət Almaniyanın 2-ci bundesliqasının oyunlarıdır. 
Qeyd edək ki, 2-ci bundesliqada milli komandamızın hücumçusu Mahir Emreli çıxış edir. Məhz bu səbəbdən də çempionatın oyunları azarkeşlərimiz arasında maraq kəsb eir. Bunu nəzərə alan “İdman” TV oyunların yayım hüququna sahib çıxıb. 
Artıq bu tur Mahirin çıxış etdiyi “Nürnberq” komandasının oyunu canlı yayımlanacaq. 
 

Həmyerlimizin forma geydiyi komanda bu həftənin cümə günü “Elversberq” komandası ilə qarşılaşacaq. 


Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Xatırladaq ki, keçən həftədən başlayaraq “İdman” TV basketbol üzrə Avroliqa turnirini də yayımlamağa başlayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью