Almaniyanın 34 şəhərində etiraz aksiyası keçirildi

31.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Almaniyada “Gen Z regelt” (“Z Nəsli Həll Edir”) gənclər hərəkatının çağırışı ilə 34 şəhərdə kütləvi etiraz aksiyaları keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, iştirakçılar bahalaşmaya və artan yaşayış xərclərinə, o cümlədən təhsil sistemindəki problemlərə etirazlarını bildiriblər.

Şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərində üzlərini bağlayan etirazçıl pirotexniki vasitələrdən istifadə edib. 

Ştutqartda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub, saxlanılanlar var. 

“Gen Z regelt” hərəkatı gənclərin gələcəyinə təsir edən siyasi və iqtisadi qərarlarda daha çox söz sahibi olmasını tələb edir. 

Aksiyalar davam etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью