Almaniyanın BadenVürttemberq əyalətində silahlı insident nəticəsində iki nəfər ölüb, bir n…
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Berlin, 8 yanvar, AZƏRTAC Almaniyanın Baden-Vürttemberq əyalətinin Bad Fridrixshal şəhərində ölümlə nəticələnən silahlı insident baş verib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, axşam saatlarında maşınqayırma şirkətinin ofisinə daxil olan maskalı şəxs odlu silahdan atəş açaraq iki nəfəri qətlə yetirib.
Hücum nəticəsində bir nəfər də ağır xəsarət alıb. Ölənlərin həmin şirkətin əməkdaşları olduğu bildirilir.
Qanlı cinayəti törədən şəxs hadisə yerindən yayınıb. Polis onun tutulması üçün genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirir.
Axtarış işlərinə xüsusi təyinatlı polis qüvvələri və helikopter də cəlb olunub.
Elvin MövsümAZƏRTAC-ın xüsusi müxbiriBerlin Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu