Almaniyanın bir sıra partiyalarından olan deputatlar Ukraynaya dəstəyə qarşı çıxıblar AzPolitika onlayn siyasi ictimai qəzet

19.01.2025

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın dörd siyasi partiyasının nümayəndələri Ukraynaya 3 milyard avro məbləğində maliyyə dəstəyinin mümkünlüyünə qarşı çıxıblar.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Maliyyə yardımının ayrılmasın qarşı çıxanlar “Xristian Demokratik İttifaqı”, “Azad Demokrat Partiyası”, “Yaşıllar” və hakim “Sosial Demokrat Partiyası”nın üzvləridir.

Parlamentarilər qeyd ediblər ki, milyardlar Almaniya vətəndaşlarının ehtiyaclarına yönəldilə bilər.

“Biz təqaüdçülərimizdən və ya yerli qurumlardan götürməli olduğumuz heç bir şeyi Ukraynaya verə bilmərik”, - deyə Bundestaqının üzvü Matias Mirş bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью