Almaniyanın bu açıqlaması çox yersiz idi Tramp

27.03.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Almaniyanın vitse-kanslerinin İran haqda dediyi "Bu, bizim müharibəmiz deyil" sözlərini eşidəndə dedim ki, Ukrayna bizim müharibəmiz deyil, amma biz kömək edirik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

“Almaniya tərəfinin bu açıqlamasını son dərəcə yersiz hesab etdim. Amma o, bunu etdi. Bu fikri dəyişmək mümkün deyil. O, belə düşünür”, - deyə ABŞ lideri əlavə edib.

Qeyd edək ki, Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl ABŞ və İsrailin İranla danışıqlara daha çox diqqət yetirməli olduqlarını və Yaxın Şərqdəki gərginliyin onların müharibəsi olmadığını vurğulamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью