Almaniyanın bu qərarına Rusiyanın cavabı gecikmədi

27.11.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Almaniyanın Rusiyanın Birinci kanalının ofisini bağlamasına qarşı tədbir görəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Almaniyanın hərəkətləri Avropa ölkələrinin alternativ baxışları qəbul etmək istəməməsi ilə bağlıdır: “Təəssüf ki, bu bizim qarşılaşdığımız reallıqdır”.

“Əlbəttə, buna cavab verməyimiz üçün ən yaxşı yolu seçəcəyik”, – Peskov deyib.

Qeyd edək ki, bu gün Almaniya hökuməti Rusiyanın Birinci kanalının Berlin ofisini bağlamaq qərarı verib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью