Almaniyanın daha 2 klubu Mahirə “elçi düşdü”

27.05.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Nürnberq”dən ayrılan Mahir Emreli Almaniyada daha bir klubun diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Fortuna” klubu 27 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə Mahirə II Bundesliqadan daha bir klubun – “Kayzerslautern”in də marağının olduğu bildirilib.

Mahir qərar verməkdə tələsmir. Bundesliqa klublarının da hədəfində olan hücumçunun ilk seçimi elitada çıxış etmək olacaq.

Azərbaycan millisinin də üzvü olan hücumçu son mövsümdə II Bundesliqada 24 oyunda 10 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью