Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Deutsche Bank" süni intellektin daha geniş tətbiqi ilə əlaqədar Almaniyada təxminən 100 filialını bağlayır.
Oxu.Az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Bank müştərilərə mobil tətbiqdən istifadədə kömək edəcək süni intellektlə işləyən rəqəmsal köməkçi hazırlayıb. Tətbiq istifadəçilərinin sayı son 18 ayda təxminən 20% artıb.
Ötən ilin sonuna olan məlumata görə, bank və onun törəmə şirkəti "Postbank"ın 750-dən çox filialı var və təxminən 19 milyon müştəriyə xidmət göstərir.