Almaniyanın Gürcüstandakı səfirliyi: Dinc inqilab mümkündür

09.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Dinc inqilab mümkündür. Berlin divarının yıxılması buna misaldır”.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.

“Onillər boyunca Almaniya Demokratik Respubikası öz vətəndaşlarını repressiya və zorakılıq sistemində qapalı saxladı. ADR vətəndaşları cəsarət və öz müqəddəratlarını təyin etmək, azadlıqda yaşamaq istəklərini nümayiş etdirərək Berlin divarının dağıdılmasına nail oldular. Bununla onlar Mərkəzi və Şərqi Avropa xalqları ilə birlikdə Almaniyanın yenidən birləşməsinə və azad, vahid Avropaya zəmin yaratdılar. Eyni şeyi bu gün də demək olar: azadlıq öz-özünə gəlmir, biz onun uğrunda mübarizə aparmalıyıq – bu, o vaxt da belə idi, bu gün də, burada və dünyada da belədir”, - bəyanatda qeyd olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью