Almaniyanın Hessen əyalətində bıçaqlı şəxs banka hücum edib AZƏRTAC

07.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 7 yanvar, AZƏRTAC

Almaniyanın Hessen əyalətindəki Rimbax şəhərində bıçaqlı şəxs “Volksbank” şöbəsinə hücum edib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, səhər saatlarında banka daxil olan şəxs qadın əməkdaşı girov götürüb.

Hadisə ilə əlaqədar polis tərəfindən dərhal əməliyyat keçirilib, bankın yerləşdiyi bina tam nəzarətə götürülüb. Həmin şəxs dərhal yaxalanıb, qadın isə xəsarət almadan xilas edilib. Bankın digər əməkdaşlarının da xəsarət almadığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью