Almaniyanın iqtisadiyyatı belə çökdü Dodik

15.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropa bürokratları ideoloji səbəblərə görə əlverişli enerji resurslarından imtina etməklə Almaniyanın və digər AB ölkələrinin iqtisadiyyatlarını məhv ediblər.

Axar.az xəbər verir ki, bunu Serb Respublikasının (Bosniya və Herseqovinanın subyekti – red.) keçmiş prezidenti Milorad Dodik deyib.

"Bu gün biz Almaniyanın güclü iqtisadiyyatını çökdürən, münaqişəni qızışdıraraq öz xalqını dəliliyə sürükləyən səfeh Avropa bürokratlarının hakimiyyəti altındayıq.

Əlverişli enerji əvəzinə, bütün Avropa indi daha bahalı alternativlərə istifadə etmək məcburiyyətində qalır və bu da adi vətəndaşların ciblərini boşaldır”, - deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, məhz buna görə Brüssel bürokratiyası adi avropalıların etiraz dalğası ilə üzləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью