Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın Cinayət Məsələləri üzrə Federal İdarəsinin əməkdaşları "Deutsche Bank"ın Frankfurt-Mayndakı mənzil-qərargahında, eləcə də Berlindəki maliyyə institutunun ofisində axtarışlar aparıblar.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Der Spiegel" jurnalı məlumat verib.
Məlumata görə, Frankfurt-Mayn Prokurorluğu çirkli pulların yuyulması şübhəsi ilə hələlik müəyyən edilməmiş məsul şəxslərə və "Deutsche Bank" əməkdaşlarına istintaq aparır.
İstintaq hesab edir ki, bank əvvəllər çirkli pulların yuyulması üçün istifadə edilən xarici şirkətlərlə işgüzar əlaqələr yaradıb.