Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Pistorius "RND"ə verdiyi müsahibədə deyib.
"Amerikalıların Avropaya ehtiyacı olduğu kimi, avropalıların da amerikalılara ehtiyacı var. Avropanın Vaşinqton üçün geostrateji və geoiqtisadi əhəmiyyəti var. Mən NATO daxilində ortaq məxrəcin mövcudluğuna əminəm. Və ABŞ-ın NATO-dan çıxmaq niyyətində olduğuna dair heç bir əlamət yoxdur", Pistorius qeyd edib.
Eyni zamanda, Almaniyanın müdafiə naziri Avropa ölkələrini hazırkı ABŞ administrasiyası ilə münasibətlərinə daha çox inam göstərməyə çağırıb. Pistorius xəbərdarlıq edib ki, "Ağ Evə boa konstriktoruna dovşan kimi baxmaq səhv olardı". O, ABŞ prezidenti Donald Trampın "məqsədlərinə çatmaq üçün qeyri-müəyyənliyə və qorxuya güvəndiyini" iddia edib.
"Amma qorxanlar səhv qərarlar verirlər. Buna görə də, biz hədə-qorxuya uymayacağıq. Biz avropalılar tədricən ənənəvi müdafiəmizə nəzarəti ələ alırıq. Onilliklərdir ki, ABŞ bu məsuliyyəti əsasən öz üzərinə götürüb. ABŞ hətta yeni müdafiə strategiyasında belə nüvə çətirini şübhə altına almır", - deyə Almaniyanın müdafiə naziri vurğulayıb.
Ramşteyndəki Amerika hava bazasının əhəmiyyəti ilə bağlı suala cavab olaraq Pistorius bildirib ki, bu, "ölkə xaricindəki ən vacib ABŞ Hərbi Hava Qüvvələri bazasıdır və Amerika silahlı qüvvələri üçün, xüsusən də Yaxın Şərqdəki əməliyyatlarla bağlı mərkəzi rol oynayır".
Qadir, Bizimyol.info