Almaniyanın səfiri jurnalistlərin həbsindən narahatlığını bildirib

10.12.2024

Anews portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Harleman Azərbaycanda jurnalistlərə qarşı repressiyalarla bağlı narahatlığını ifadə edib.

"Ümumdünya İnsan Hüquqları Bəyannaməsini həyat keçirmək və insan hüquqlarını qorumaq üçün hüquq pozuntularının baş verdiyi yerlərdə kamera və mikrofonların yerləşdirilməsi vacibdir. Mətbuat azadlığı insan hüquqlarının vəziyyətinin göstəricisi olduğu üçün biz dünyada, o cümlədən Azərbaycanda jurnalistlərə qarşı zorakılıq və repressiyalarla bağlı narahatlığımızı davam etdiririk," - o, X sosial şəbəkəsindəki hesabında yazıb.
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью