Almaniyanın Ştutqart şəhərində avtomobil bir qrup insanı vurub, xəsarət alanlar var

03.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Berlin, 3 may, AZƏRTAC

Almaniyanın Ştutqart şəhərinin mərkəzində avtomobil bir qrup insanı vurub.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Polis idarəsinin açıqlamasında hadisənin terror aktı olmadığı, qəza olduğu ifadə edilib. ”Hazırda hadisənin hücum və ya qəsdən törədilmiş cinayət olduğuna dair heç bir dəlil yoxdur”, - deyə polisin məlumatında qeyd edilib.

Qəzaya səbəb olan “Mercedes G-Class” markalı avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Onun dönmə əməliyyatı zamanı idarəetməni itirməsi nəticəsində avtomobilin insanların üzərinə hərəkət etdiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar istintaq aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью