Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

30.01.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Berlin, 30 yanvar, AZƏRTAC

Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Almaniya Kansleri Fridrix Mertsin İran hakimiyyəti ilə bağlı açıqlaması bu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib.

Kansler Fridrix Merts yanvarın ortalarında İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı davranışını tənqid etmişdi.

Bundan başqa, Xarici İşlər Nazirliyi Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq qərarını da pisləyib. Nazirlik bunu ölkənin milli suverenliyinə qarşı pozuntu kimi dəyərləndirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью