Almaniyanın təyyarəsi güclü turbulentə düşüb, 11 nəfər yaralanıb

13.11.2024

Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan təyyarəsi güclü turbulentə düşüb.

"Operativ Media" xəbər verir ki, 39 sərnişini olan “Boeing 747-8” təyyarəsi Atlantika səması üzərində güclü turbulentələ üzləşib.

 Hadisə nəticəsində 11 nəfər yaralanıb. Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir. Təyyarə endikdən sonra yaralılar xəstəxanaya aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью