Almaniyanın XİN rəhbəri Kiyevdə Foto

22.08.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevə səfər edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Səfər çərçivəsində Ukrayna ordusuna hərbi dəstək məsələlərinin, eləcə də Almaniya-Ukrayna təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsinin müzakirə edilməsi nəzərdə tutulur.

“Səfərin diqqət mərkəzində qarşıdakı qışa hazırlıq məsələləri dayanır. Buraya digər məsələlərlə yanaşı, generatorların, ehtiyat hissələrinin və digər enerji texnologiyalarının təqdim edilməsi, Ukraynanın enerji sektorunun dəstəklənməsi, habelə kritik əhəmiyyətli infrastrukturun qorunması üzrə tədbirlər daxildir”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью