Almaniyaya 6 ayda 360,3 min ton neft ixrac edilib

23.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar–iyun aylarında Azərbaycandan Almaniyaya 360 min 299 ton xam neft ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu yanacağın dəyəri 210 milyon 855,8 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz, dəyəri isə 30,3 faiz azalıb. Azərbaycanın ümumi neft ixracında Almaniyanın payı 3,6 faiz olub.

6 aylıq gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Xatırladaq ki, Azərbaycan ilin birinci yarısında xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 faiz artıb, idxal isə 27,6 faiz azalıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью