Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Perunun paytaxtı Limada gömrük əməkdaşları Almaniyaya aparılması planlaşdırılan 3000-dən çox tarantulanı müsadirə ediblər.
"Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, hörümçəklər üç çamadanın içərisində, corablara yerləşdirilərək gizlədilib.
Hadisə Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanında baş verib. Peru Milli Meşə və Vəhşi Təbiət Xidmətinin (SERFOR) əməkdaşları yoxlama zamanı baqajların içərisində qeyri-adi hərəkətlilik müşahidə ediblər. Araşdırma nəticəsində minlərlə hörümçək aşkarlanıb.
Məlum olub ki, yükü iki Almaniya vətəndaşı və bir Polşa vətəndaşı ölkədən çıxarmağa çalışıb. Onların arasında tarantulalar üzrə tanınmış tədqiqatçının da olduğu bildirilir.
Müsadirə edilən hörümçəklər arasında yumurtalar, yeni çıxmış balalar və yetkin fərdlər var. Bəzi növlərin hələ elmi ədəbiyyatda rəsmi şəkildə təsvir edilmədiyi qeyd olunur.
Xüsusilə Peru ərazisində qorunan və nəsli təhlükə altında olan Pamphobeteus antinous növünün də müsadirə edilən canlılar arasında olduğu bildirilir. Mütəxəssislərin məlumatına görə, nadir tarantulalar Avropada ekzotik heyvan kolleksiyaçılarına satılmaq üçün aparılırmış. Bu qanunsuz ticarətdən əldə edilə biləcək gəlirin 1,5 milyon avrodan çox olduğu ehtimal edilir.
Saxlanılan şəxslər ətraf mühitə qarşı cinayətlərlə mübarizə üzrə polis bölməsinə təhvil verilib və barələrində hüquqi prosedurlara başlanılıb.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin