Almaniyaya getdi, mükafat alacaq

18.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya yola düşüb. 

Bakıvaxtı.az “Armenpress”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Visbadendə Paşinyana Hessen Sülh Mükafatı təqdim ediləcək. 

Bildirilib ki, bu mükafat ona Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətindəki səylərinə görə veriləcək.  

Daha sonra Frankfurtun Ticarət-Sənaye Palatasında Ermənistan Baş nazirinin yerli sahibkarlarla görüşü baş tutacaq.

Qeyd edək ki, mükafat fondu 25000 avro olan bu təltif 1994-cü ildən etibarən Albert Osvald Fondu tərəfindən verilir. Fond Hessenin keçmiş Baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью