Almaniyaya sığınmış Emin Milli 12 il sonra geri döndü, Şuşaya getdi: Bu hissləri təsvir etmək çox çətindir FOTOLAR

02.01.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Meydan TV"nin keçmiş rəhbəri, 12 il əvvəl  Almaniyaya sığınan Emin Milli bu günlərdə Azərbaycana dönüb.

Mia.az xəbər verir ki, bu barədə onun özü Feysbuk-dakı səhifəsində ard-arda paylaşımlar edib: “12 il sonra Vətənə döndüm. Bu hissləri təsvir etmək çox çətindir. 2025-ci ildə bütün arzularımızın gerçəkləşməsini arzulayıram”.

O, daha sonra Şuşadan fotosunu yayaraq yazıb: “2025-ci ilin ilk gününü Şuşada qeyd etmək məni çox sevindirir. Ümid edirəm ki, bu il bütün dünyada sülh ili olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью