Almanlar Azərbaycan atlarına heyran qaldı FOTOLAR

24.05.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyanın Axen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan "CHIO Aachen" çərçivəsində Azərbaycan Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib.

Federasiyadan Modern.az-a bildirilib ki, yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilib.

Qeyd olunub ki, tədbir çərçivəsində təşkil olunanxüsusi "Horse & Symphony" proqramında və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestri "CHIO Aachen" orkestr kollektivi ilə birgə çıxış edib.

Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurub, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью