​Almanlar ingiliscə yazan futbolçuya nankor dedilər

06.07.2026

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qalatasaray"ın ulduz futbolçusu Leroy Sane almaniyalı azarkeşlərin qınağına tuş gəlib. Buna səbəb təcrübəli yarımmüdafiəçinin sosial şəbəkə hesabında ingiliscə paylaşım etməsi olub.

Metbuat.az xəbər verir ki, Almaniya yığma komandasının üzvü olan Sane Dünya Çempionatındakı uğursuz çıxışa görə azarkeşlərdən üzr istəyib. Təcrübəli yarımmüdafiəçi milyonlarla azarkeşi məyus etdiləri üçün dərin kədər içərisində olduqlarını vurğulayıb.

Sanenin sosial şəbəkə hesabında ingilis dilində mətn paylaşması almanları bərk hiddətləndirib. Onlar futbolçunu "nankor" adlandırıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью