525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniya vətəndaşlarının böyük əksəriyyəti kansler Fridrix Mertsdən narazıdır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu RTL və NTV telekanallarının birgə apardıqları sorğudan sonra bildirməyə əsas yaranıb.
7-13 aprel aralığında 2502 respondentin fikri öyrənilib. Rəyi soruşulanların cəmi 18 faizi Mertsin fəaliyyətindən razı qaldıqlarını bildirib. Hər 10 nəfərdən 8-i isə kanslerdən ciddi narazılıq ifadə edib.
Qeyd edək ki, Fridrix Merts ötən ilin mayından Almaniyanın kansleridir. O, bu postda Olaf Şoltsu əvəz edib.
L.Tağıyeva