Almanlar Kloppa nə qədər maaş təklif edib?

09.07.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almanlar Kloppa nə qədər maaş təklif edib?

Almaniya Futbol İttifaqı Yurgen Kloppa təklif etdiyi maaş bəlli olub.

QOL.az xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, baş məşqçiyə illik 7 milyon avro maaşla 4 illik müqavilə təklif edilib. 

Bildirilir ki, 59 yaşlı mütəxəssis təklifi qəbul edərsə, Almaniya millisinin sabiq çalışdırıcısı Yulian Nagelsmandan daha yüksək maaş alacaq.

Qeyd edək ki, Klopp hazırda "Red Bull" şirkətində beynəlxalq əlaqələr üzrə direktor vəzifəsində çalışır. Daha əvvəl isə 2015-2024-cü illərdə "Liverpul"un baş məşqçisi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью