futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Almaniya klubunun diqqət mərkəzinə düşüb.
Futbolpress.az xəbər verir ki, Dortmund “Borussiya”sı qolkiperin xidmətində maraqlıdır. Bu barədə “Corriere delle Sport” nəşri məlumat yayıb. Bundesliqa klubunun Koxalski üçün ilkin addımlar atdığı qeyd edilib.
Mateuş bu mövsüm “Qarabağ”la 15 oyunda meydana çıxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.