Almanlar kütləvi şəkildə müharibəyə hazırlaşır Konserva, dərman alıb yığırlar

07.04.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Almaniya sakinləri Avropada genişmiqyaslı hərbi qarşıdurma qorxusu fonunda kütləvi hazırlıq aparırlar.

BAKU.WS xəbər verir ki, bu barədə "Focus" nəşri məlumat yayıb.

Nəşr alman sakini Maya Bauerdən sitat gətirib:

"Mən bu ilki tətilimi indidən edirəm, çünki bombaların gələn il düşəcəyini bilmirəm".

Qeyd olunur ki, Avropada genişmiqyaslı müharibənin mücərrəd təhlükəsi əhalinin istehlak vərdişlərinə güclü təsir göstərib.

İnsanlar çətin günlər üçün yataq dəsti, konservlər, ehtiyat akkumulyatorlar, dərmanlar, yaş salfetlər, üç günlük isti paltar və qaz sobası da daxil olmaqla düşərgə ləvazimatlarıalıb yığır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью