Almanlar növbədənkənar seçkilərə gedir

27.12.2024

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Almaniya prezidenti Frank Valter Ştaynmayer cümə günü parlamenti buraxıb və Olaf Şolts hökumətinin ötən ay süqut etməsi ilə əlaqədar növbədənkənar ümumi seçkinin gözlənilən tarixini təsdiqləyib.
Reyting.az
xəbər verir ki, prezident Ştaynmayer Almaniya Bundestaqını buraxdığını və erkən seçki tarixinin fevralın 23-nə təyin etmək qərarına gəldiyini açıqlayıb.
Prezident əlavə edib ki, Almaniyada siyasi sabitlik dəyərli varlıqdır.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts yanvarın 15-də etimad səsverməsinin keçirilməsini, sonra isə martda seçkilərin keçirilməsini təklif etmişdi. Lakin güvən səsi almayan Şolts erkən seçkilərlə razılaşmalı olub.
Almaniyada federal seçkilərin adi təqvimə uyğun olaraq gələn ilin sonunda keçirilməsi planlaşdırılırdı. 2021-ci ildən Yaşıllar Partiyası, Azad Demokrat Partiyası və Sosial Demokrat Partiyasının (SPD) yaratdığı “işıqfor” koalisiyası artıq hakimiyyətini itirir.
E. KAMAL

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью