Icma.az bildirir, Bakupost portalına istinadən. Bəzi alman şirkətləri "Almaniya üçün Alternativ" partiyasına dəstək bəyanatları verdiyi üçün
Bakupost.az xəbər verir ki, bu barədə ARD telekanalı məlumat yayıb.
"Hesab edirik ki, o, Avropa və Almaniya siyasətinə bizim üçün qəbuledilməz şəkildə müdaxilə etməklə müəyyən sərhədləri keçib", - deyə Frayburqda yerləşən enerji şirkətinin nümayəndəsi telekanala bildirib..Buna etiraz olaraq şirkət Tesla şirkətinin 11 elektrik avtomobilindən imtina etmək və Maskın X sosial şəbəkəsində məzmun yerləşdirməyi dayandırmaq qərarına gəlib.Bundan əlavə, Aşağı Saksoniya tikinti şirkəti Viebrockhaus da Tesla avtomobillərindən istifadəni dayandıracaq və daha bahalı alman alternativlərinə üstünlük verərək öz evlərində bu markadan akkumulyatorlar quraşdırmayacaq.Dekabrda Mask bəyan etmişdi ki, yalnız sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası hakimiyyətə gələrsə, ölkəni xilas edə bilər.
Zaur, BakuPost Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.