Almanların milli peyğəmbəri sayılan filosof O, niyə Kantın yaşadığı şəhərə piyada yollanmışdı?

27.01.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün alman klassik fəlsəfəsinin banisi İohann Qotlib Fixtenin anım günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

O, təkcə fəlsəfə tarixində deyil, həm də Avropa düşüncə tərzində "insan iradəsi" və "azadlıq" anlayışlarını kökündən dəyişən bir şəxsiyyət kimi xatırlanır.

Fixtenin həyatı elə onun fəlsəfəsi kimi "mübarizə" üzərində qurulmuşdu. 1762-ci ildə Saksoniyada kasıb bir lent toxucusunun ailəsində doğulan İohannın gələcəyi bəlkə də elə dəzgah arxasında keçəcəkdi.

Lakin iti yaddaşı və təsadüf onun taleyini dəyişdi. Kəndə gələn bir baron kilsə xütbəsinə gecikir, lakin balaca Fixte xütbəni ona əzbərdən, nöqtə-vergülünə qədər danışır. Bu istedaddan heyrətlənən baron onun təhsil xərclərini üzərinə götürür.

Gəncliyi maddi sıxıntılarla keçsə də, o, İmanuel Kantın əsərləri ilə tanış olanda sanki yenidən doğulur. Deyilənə görə, Kanta olan heyranlığı o qədər güclü idi ki, o, Hamburqdan Keniqsberqə (Kantın yaşadığı şəhərə) piyada yollanmışdı.

Yazdığı ilk əsəri Kantın adı ilə nəşr olunanda hamı bunu Kantın yeni şah əsəri zənn etdi. Həqiqət üzə çıxanda isə Fixte artıq Avropanın məşhur filosofu idi.

"Mənəm, ona görə varam"

Fixtenin fəlsəfəsi (onun dili ilə desək, "Elm təlimi" və ya Wissenschaftslehre) cəsarətli bir iddia ilə başlayır: "Hər şeyin mərkəzində subyekt, yəni "Mən" dayanır".
Ona qədər fəlsəfə dünyanı anlamağa çalışırdısa, Fixte dünyanın "Mən" tərəfindən yaradıldığını iddia etdi. Lakin bu, eqoist bir yanaşma deyildi. Fixteyə görə:

"Mütləq Mən özünü təsdiq edir. Özünü tanımaq üçün o, özünə qarşı bir maneə "Qeyri-Mən"i (təbiəti, dünyanı) yaradır.

Həyatın mənası bu maneələri aşmaq, daimi fəaliyyət və mübarizədir. Onun üçün insan passiv müşahidəçi deyil, aktiv yaradıcıdır. Fixte deyirdi:

"Fəaliyyət! Fəaliyyət! Bizim varlığımızın məqsədi budur."

Fixte təkcə akademik müstəvi ilə məhdudlaşan mütəfəkkir deyildi. Napoleon Almaniyanı işğal edəndə o, Berlin Universitetinin kafedrasından məşhur “Alman xalqına müraciətlər"ini səsləndirdi.

Bu çıxışlar alman milli şüurunun oyanışında həlledici rol oynadı və onu bir növ milli peyğəmbərə çevirdi.

Onun ölümü də həyatı qədər fədakar bir xarakter daşıyırdı. 1814-cü ildə, müharibə dövründə hərbi xəstəxanalarda yaralılara qulluq edən həyat yoldaşından tif xəstəliyinə yoluxdu.

Fəlsəfəsi boyu “Qeyri-Mən” (dünya və xarici maneələr) ilə mübarizəni əsas götürən Fixte, 27 yanvarda (bəzi mənbələrə görə 29 yanvar) gözlərini əbədi yumdu.

Zahid Sarıtorpaq AYB üzvlüyündən imtina etdi İşıqların yanır, amma evdə deyilsən... - Günün mahnısı 40 il övladının yolunu gözləyən azərbaycanlı mühacir - O, niyə oğlunun gəlişini görə bilmədi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью