Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
RTL/ntv tərəfindən sifariş edilən “Forsa” sorğusuna görə, respondentlərin 47%-i keçmiş kansler Angela Merkelin Almaniyanın növbəti federal prezidenti olmasını istəyir.
Yeniavaz.com xəbər verir ki, hazırkı prezident Frank-Valter Ştaynmayerin ikinci müddətini başa vurduqdan sonra gələn il vəzifəsindən ayrılması nəzərdə tutulur.
Merkelin dəstəyi sağ mərkəzçi qüvvələrdən daha genişdir. CDU və CSU tərəfdarları arasında respondentlərin 55%-i Merkeli uyğun hesab edir. SPD seçiciləri arasında da bu rəqəm 55%-dir. Yaşıllar tərəfdarları arasında bu rəqəm 75%-ə, solçu seçicilər arasında isə 70%-ə yüksəlir. Hətta Almaniya üçün Alternativ (AfD) tərəfdarları arasında belə, 23% keçmiş kanslerin ən yüksək vəzifəyə uyğun olduğuna inanır.
Lakin Merkelin özünün siyasi karyerasını davam etdirmək niyyəti yoxdur. Belə ki, keçmiş kanslerin namizədliyi ilə bağlı şayiələr ilk dəfə 2026-cı ilin fevral ayında ortaya çıxıb. Merkel bu şaiyələri qətiyyətlə rədd edərək “absurd” adlandırıb.