Almanların yarısı Rusiyanı təhlükə hesab edir... | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. AfD tərəfdarları Rusiyaya ən yaxşı münasibət bəsləyirlər...
...YouGov sorğusunun nəticələrinə görə, almanların təxminən yarısı Rusiyanın Almaniya üçün təhlükə yaratması ilə razıdır.
SİA xəbər verir ki, sorğu məlumatlarına istinadən DW məlumat yayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 13 faizi Moskvadan gələn hərbi təhlükəni çox ciddi, 36 faizi isə əhəmiyyətli hesab edir.
Əksinə, 30 faiz Rusiyanın yalnız kiçik bir təhlükə yaratdığına inanır, 14 faiz isə heç bir təhlükə görmür.
Mühafizəkar CDU/CSU blokunun, sol mərkəzçi Sosial Demokratlar və Yaşılların tərəfdarları arasında 58-62 faiz Rusiyanı ciddi və ya çox ciddi təhlükə hesab edir.
Bu partiyaların tərəfdarlarının təxminən üçdə biri heç bir təhlükə görmür və ya bunu kiçik hesab edir.
Bununla belə, ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının seçicilərinin 65 faizi hesab edir ki, Rusiyadan gələn hərbi təhlükə cüzidir və ya yoxdur, 29 faizi isə belə bir təhlükə görür.
Tam oxu
Xəbəri oxu